Bakı, TurkicWorld
Biz Suriyada sülhün əldə edilməsi tərəfdarıyıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayarkən deyib.
“Suriyada ədalətli sülhün mümkün olduğunu düşünürük. Biz hər fürsətdə Suriyanın ərazi bütövlüyünün bizim də maraqlarımızda olduğunu bildiririk. Xarici işlər naziri Hakan Fidan həmsöhbətləri ilə görüşəcək və işin bütün yol xəritəsini müəyyən edəcək.” – deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Suriyada qurulan ədalətli sülh ən çox Türkiyəyə fayda verəcək.
“Suriyada sülhün əldə edilməməsi üçün terror təşkilatları əllərindən gələni edir. Lakin onlar buna nail ola bilməyəcəklər. Sülh istəyən hər kəsin bu tarixi çağırışı dəstəkləməsini gözləyirik.” – deyə Ərdoğan bildirib.
Hafiz Rufizoğlu