Son dəqiqə

Türkiyə NATO İsrail Rəcəb Tayyib Ərdoğan

Bölgəmizdə terror dövləti qura bilməyəcəklər – Ərdoğan

Bakı,TurkicWorld

Bölgəmizdə terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, böyük bir arzudur və heç vaxt gerçəkləşməyəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim əsas istəyimiz Suriya ərazisinin terrordan tamamilə azad olması və suriyalıların idarə etdiyi firavan dövlət olmasıdır. Müttəfiqlərimizdən (NATO-da) əsas gözləntimiz odur ki, onlar da terrorla mübarizədə oxşar yanaşmanı qəbul etsinlər”,- deyə o bildirib.

Ərdoğan həmçinin Rusiya ilə NATO arasındakı münaqişə ehtimalına da toxunub.

“Şübhəsiz ki, NATO ilə Rusiya arasında birbaşa münaqişə ehtimalı narahatlıq doğurur. Bu nəticəyə gətirib çıxara biləcək bütün addımlardan şüurlu şəkildə çəkinmək lazımdır”,- deyə Ərdoğan vurğulayıb.

Sonda Ərdoğan Qəzza müharibəsi ilə bağlı fikirlərini söyləyib.

“İsrailin təhdidlərinə və münaqişəni yaymaq cəhdlərinə son qoyulmalıdır. Əks halda regionumuz daha dərin münaqişələr və hətta müharibə riski ilə üzləşəcək”,- deyə Türkiyə prezidenti bildirib.

Mövzuya görə xəbərlər