Son dəqiqə

Türkiyə NATO Rəcəb Tayyib Ərdoğan

Ərdoğan NATO sammitində iştirak edəcək

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının sessiyasında Ərdoğan da iştirak edəcək.

Prezident Ərdoğan həm iştirak etdiyi iclaslarda, həm də liderlərlə görüşlərində İsrailin Qəzzada törətdiyi qətliamın dayandırılması üçün atılması lazım olan addımları da gündəmə gətirəcək.

Həmçinin, ABŞ prezidenti Co Baydenin Ağ Evdə liderlər və onların həyat yoldaşlarının şərəfinə verəcəyi şam yeməyinə prezident Ərdoğan da qatılacaq.

Mövzuya görə xəbərlər