Son dəqiqə

Antalya limanı Statistika

Antalya Hava Limanında sərnişindaşıma göstəriciləri artıb

Bakı, TurkicWorld

2024-cü ilin iyun ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz arataraq, 14 milyon 574 min 33 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 3 milyon 208 min 734 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 11 milyon 365 min 299 nəfər təşkil edib.

2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 173 min 147 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 29 min 507 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 143 min 640 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 7 faiz artaraq, 93 min 961 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 23 min 160, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 70 min 801 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.

Mövzuya görə xəbərlər