Son dəqiqə

ABŞ Rəcəb Tayyib Ərdoğan NATO sammiti Qəzza

Ərdoğanın ABŞ gündəliyi bəlli olub

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda baş tutacaq NATO-nun 75-ci ildönümü proqramı çərçivəsində keçirilən Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün ABŞ-a səfər edəcək.

TurkicWorld xəbər verir ki, 32 üzvün iştirak etdiyi dövlət başçılarının toplantısında, həmçinin ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində də iştirak edəcək Ərdoğanın səfər gündəliyində üç əsas məsələ var.

İsrailin Qəzzaya hücumları ən əhəmiyyətli məsələni təşkil edir. Ərdoğan üzv ölkələrdən qətliamın dayandırılmasında və davamlı sülhün təmin edilməsində daha çox rol almalarını istəyəcək. Uzun müddətdir davam edən atəşkəs arayışları da gündəmdə olacaq.
“Hazırda atəşkəs an məsələsidir. Oradan (Dohada atəşkəs danışıqları) hər an dəqiq xəbər gələ bilər”-deyə Prezident bildirib.

Müzakirə ediləcək mövzular arasında “Yaxın Şərqdə baş verənlər”, “Rusiya-Ukrayna müharibəsi” və “Qara dənizin təhlükəsizliyi” məsələsi də var.

Qeyd edək ki, Ərdoğanın səfəri İyulun 11-də yəkunlaşacaq.

Mövzuya görə xəbərlər