Son dəqiqə

Türkiyə ABŞ FETÖ Co Bayden

FETÖ Baydenə məktub yazıb

Bakı,TurkicWorld

Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvləri ABŞ prezidenti Co Baydenə məktub yazaraq Türkiyədən şikayət ediblər.

TurkicWorld xəbər verir ki, 15 iyul çevriliş cəhdinin səkkizinci ildönümünə sayılı günlər qalmış FETÖ yeni addım atıb.

Təşkilat Türkiyəni ləkələmək və özünə bəraət qazandırmaq üçün ABŞ prezidenti Co Baydenə məktub təqdim etməyə hazırlaşır.

FETÖ-çülər hələ paylaşmadıqları bu məktubla bağlı imza kampaniyasına başlayıblar. Onların məqsədi məktubu imzalamaqla ABŞ prezidenti Co Baydeni öz tərəflərinə çəkməkdir. Hazırlanan məktub ABŞ Konqresinin bəzi üzvləri tərəfindən də dəstəklənib.

Bundan əlavə qeyd etmək lazımdır ki, daxili hesablaşmalar, etiraflar və təşkilat liderinin qaçırılması iddialarından sonra FETÖ-dən qopmalar başlayıb. FETÖ liderinin səhhətinin yaxşı olduğunu sübut etmək üçün keçmiş fotolar paylaşılıb. Bu taktikalar inandırıcı olmadıqda, təşkilat üzvlərinin qrup lideri Fətullah Güləni ziyarət etməsinin görüntüləri yayımlanıb.

Mövzuya görə xəbərlər