Baki, TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), Suriyanın İdlib bölgəsində türk hərbi konvoyuna qarşı bombalı hücumu təşkil edən şəxsi ələ keçirib.
TurkicWorld xəbər verir ki, hücumun təşkilində iştirak edən Əl-Qaidə üzvü Əhməd Baykara (28), MİT-in apardığı kəşfiyyat əməliyyatı nəticəsində Afrikada ələ keçirilib.
Əməliyyat zamanı ona kömək edən digər şübhəli şəxs isə Adanada tutulub. Baykara, Türkiyə Silahlı Qüvvələrinin baza ərazilərinə və konvoylarına edilən hücumlarda birbaşa iştirak edib.
Türkiyə Silahlı Qüvvələrinə qarşı bir çox aksiyanın planlayıcısı və icraçısı olan Baykara Adana Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qruplarına təhvil verilib.
Baykara burada dindirilərkən ona Y.A. (29) adlı şəxsin kömək etdiyini bildirib. Bunun üzərinə polis Y.A-nı da nəzarətə götürüb. Şübhəlilər dindirildikdən sonra ədliyyəyə sövq edilib.