Son dəqiqə

Türkiyə Livan

Türkiyə Livandan vətəndaşlarını təxliyə etməyə davam edir

Bakı, TurkicWorld

Livanı tərk etmək istəyən Türkiyə vətəndaşları üçün təxliyələr davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Livanı tərk etmək istəyən Türkiyə vətəndaşları üçün təşkil edilən çarter reysi bu gün Beyrut-Çukurova-İstanbul marşrutu ilə həyata keçiriləcək.

Təyyarənin Beyrutdan saat 09:00-da 169 sərnişinlə havaya qalxması gözlənilir.

Qeyd edək ki, Türkiyə daha öncə 2006-cı ildə 34 günlük İsrail-Livan müharibəsi zamanı da öz vətəndaşlarını təxliyə edib.

TCG İskenderun, Dəniz Qüvvələri Komandanlığına aid olan gəmi, 23 iyul 2006-cı ildə Baş Qərargah və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə, TCG Gelibolu və TCG Bartın gəmilərinin müşayiəti ilə Beyrut limanına çatıb. 12 saatlıq əməliyyatdan sonra gəmi 1100-ə yaxın vətəndaşı ilə Türkiyəyə qayıdıb.

Mövzuya görə xəbərlər