Bakı,TurkicWorld
NATO Müdafiə Nazirləri Toplantısı üçün Brüsseldə olan Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər NATO-nun Baş Qərargahına gəlib.
TurkicWorld xəbər verir ki, NATO Müdafiə Nazirləri Toplantısı üçün Brüsseldə səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ilk gün sessiyalarında iştirak etmək üçün NATO Baş Qərargahına gəlib.
NATO-nun Daimi Nümayəndəliyi səfiri Zeki Levent Gümrükçü və NATO-da xidmət edən hərbçilər tərəfindən qarşılanan nazir Yaşar Gülər NATO Türkiyə Hərbi Nümayəndəliyi (TMR) Rəyasət Heyətini də ziyarət edib.