Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Zəlzələdən 200 dən çox insan zərər çəkib - Ali Yerlikaya

Bakı,TurkicWorld

Zəlzələdə ümumilikdə 249 vətəndaş zərər çəkib. Doqquzu Elazığ, ikisi Malatya olmaqla cəmi 11 vətəndaşın müalicəsi davam edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya deyib.

Dünən Malatyada baş verən 5,9 bal gücündə zəlzələdən sonra zəlzələdən zərər çəkmiş şəhərlərdə işlər davam edir.

"Zərər çəkmiş şəhərlərdə bütün dövlət qurum və təşkilatlarımızdan və QHT-lərimizdən ümumilikdə 1216 personal və 363 texnika, AFAD-dan 210 personal və 55 texnika iştirak edib”,- deyə bildirilib.

Mövzuya görə xəbərlər