Son dəqiqə

Türkiyə Gürcüstan

Türkiyə 3 xalı 3 qolla qazanıb

Bakı. TurkicWorld:

Bu gün AVRO-2024-ün F qrupunda mübarizəyə start verilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, qrup mərhələsinin son günü Dortmundda başlayıb.

Qardaş Türkiyə millisi Gürcüstanla qarşılaşıb. “Ay-ulduzlular” final mərhələlərinin debütantı ilə görüşdə 3:1 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, qrupun digər matçında Portuqaliya ilə Çexiya üz-üzə gələcək.

AVRO-2024

Qrup mərhələsi, I tur
18 iyun, F qrupu
20:00. Türkiyə - Gürcüstan - 3:1
Qollar:
Mert Müldür, 25. Arda Güler, 65. Kerem Aktürkoğlu, 90+7 - Georgi Mikautadze, 32
Baş hakim: Fakundo Telyo (Argentina)
Dortmund. Vestfalenstadioion

Mövzuya görə xəbərlər