Son dəqiqə

Türkiyə meşə yanğınları

Türkiyədə meşə yanğınları bölgələrə zərər vurur

Bakı. TurkicWorld:

Türkiyədə meşə yanğınları bölgələrə zərər vurur.

TurkicWorld xəbər verir ki, Manisada meşəlik ərazidə baş verən yanğın qrupların qurudan və havadan müdaxiləsi ilə nəzarətə götürülüb.

Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyi və Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları bölgəyə göndərilib.

Yanğına iki təyyarə, bir helikopter, doqquz su tankeri, bir su təchizatı maşını və bir dozerlə müdaxilə olunub.

Yanğınsöndürmə qrupları 2 saat fəaliyəti nəticəsində yanğın nəzarət altına alınıb.

Məlumat üçün qeyd edək ki, komandaların bölgədə soyutma işləri davam edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər