Son dəqiqə

Türkiyə yanğın

İstanbulda fabrik yanır

Bakı. TurkicWorld:

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikdə güclü yanğın başlayıb.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik müəyyənləşdirilməyib.

Mövzuya görə xəbərlər