Bakı. TurkicWorld:
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putin ilə Suriya məsələsini müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə Hakan Fidan mətbuat konfransında bildirib.
“Rusiya prezidenti ilə görüşdə bir çox mövzular müzakirə olunub, xüsusən də Ukraynada davam edən müharibə və bununla bağlı görüləcək işlər və təbii ki, Suriya məsələsi əsas mövzular arasında idi.” – deyə o qeyd edib.
Xatırladaq ki, dünən Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələr müzakirə olunub.
Tasnem Ismukhan