Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.
TurkicWorld bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Görüşdə, Putin Türkiyə ilə əlaqələrin inkişafını məmnuniyyət ilə qarşıladığını açıqlayıb.
“Türkiyə ilə əlaqələrin inkişafını məmnuniyyətlə qarşılayırıq. Bütün inkişaflar dostum prezident Ərdoğanın rəhbərliyi altında baş verir” – deyə o bildirib.
Putin həmçinin iyulda Astanada Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırdığını qeyd edib.
Hakan Fidan, Rusiya ilə Türkiyə arasında ticarət ilə bağlı addımların atılacağını bildirib.
“Türkiyə ilə Rusiya arasında münasibətlər çox yaxşı gedir. Ticarətlə bağlı atılacaq addımlar var” – deyə Hakan Fidan vurğulayıb.
Tasnem Ismukhan