Son dəqiqə

Türkiyə Rusiya Hakan Fidan

Hakan Fidan Rusiyaya səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyunda Rusiyaya səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Hakan Fidan BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Nijni Novqorodda keçiriləcək BRICS+ Sessiyasında iştirak edəcək.

Keçiriləcək görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Məlumat üçün qeyd edək ki, Hakan Fidanın səfər zamanı Rusiyada bizneslə məşğul olan türk iş adamları ilə görüşü gözlənilir.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər