Bakı, TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə Fələstin məsələsini müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib.
Məlumata əsasən, danışıqlar zamanı Türkiyə ilə İtaliya arasındakı əlaqələr, İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlar, regional və qlobal məsələlər müzakirə edilib.
Bundan başqa, Ərdoğan Qəzzada dərhal qalıcı atəşkəsin təmin edilməsi və Türkiyənin prioritetinin əsirlərin azad edilməsi, Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması olduğunu bildirib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.