Son dəqiqə

Türkiyə Fələstin İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza

Qəzzada bəşəriyyət, Avropada insan hüquqları və ifadə azadlığı ölür - Ərdoğan

Bakı. TurkicWorld:

Qəzzada bəşəriyyət, Avropada qadın və uşaq hüquqları, ifadə azadlığı ölür.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bundan sonra heç kim mətbuat azadlığından danışmasın. BMT Qəzzada öz şəxsi heyətini belə qoruya bilmədi", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər