Bakı. TurkicWorld:
Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
TurkicWorld-un məlumatına görə, lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.
Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.