Bakı. TurkicWorld
Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və stadion bəlli olub.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“Qalatasaray” və “Beşiktaş” arasındakı oyun Atatürk Olimpiya stadionunda baş tutacaq. Avqustun 3-də keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” son Türkiyə çempionatının, “Beşiktaş” isə kubokunun qalibi olub.