Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Suriyanın şimalındakı Fərat Qalxanı və Barış bulağı bölgələrində hücuma hazırlaşan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“Türk Silahlı Qüvvələrimiz terroru mənbəyində məhv etmək üçün fasiləsiz əməliyyatlarla mübarizəni davam etdirir. Şimaldakı Fərat Qalxanı və Barış bulağı bölgələrində hücuma hazırlaşan 7 PKK/YPG terrorçusu Suriyanı zərərsizləşdirdilər, terror yuvalarını məhv etdilər”,- deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər