Son dəqiqə

Türkiyə Fələstin İsrail Türkiyə Ticarət nazirliyi Beynəlxalq Ədalət Məhkəməsi Hakan Fidan HƏMAS

Türkiyənin soyqırımla bağlı qərarı Fələstin üçün vacibdir - HƏMAS

Bakı. TurkicWorld:

Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işini dəstəkləmək qərarı Fələstin xalqı üçün son dərəcə əhəmiyyətlidir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə HƏMAS açıqlayıb.

Məlumata əsasən, HƏMAS-ın bəyanatında Türkiyənin İsraillə ticarətini kəsmək və Cənubi Afrikanın BƏƏ-də İsrailə qarşı açdığı soyqırım iddiasına müdaxilə etmək qərarlarına yer verilib.

Qeyd edək ki, 3 may tarixində Türkiyə İsrail ilə ticari əlaqələri dayandırıb.

Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin mayın 1-də Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə dəstək qərarını açıqlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər