Son dəqiqə

ABŞ Google texnologiya telekommunikasiya Verizon Məlumat emalı mərkəzi Fiber-optik şəbəkə

Verizon Google ilə 1 milyard dollardan çox dəyərində müqavilə imzalayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin telekommunikasiya şirkəti Verizon texnologiya nəhəngi Google ilə dəyəri 1 milyard ABŞ dollarından çox olan yeni müqavilə bağladığını açıqlayıb. Razılaşma çərçivəsində Verizon Google-un məlumat emalı mərkəzləri üçün "qaranlıq fiber-optik" bağlantı xidmətləri təqdim edəcək.

TurkicWorld xəbər verir ki, Verizon-un baş icraçı direktoru Den Şulman şirkətin maliyyə nəticələrinin açıqlanmasından sonra keçirilən konfransda müqavilənin dəyərinin 1 milyard ABŞ dollarını keçdiyini bildirib.

Onun sözlərinə görə, Verizon Google-un məlumat emalı mərkəzlərinin infrastrukturunu dəstəkləmək məqsədilə istifadəyə verilməmiş, yalnız müştərinin istifadəsi üçün ayrılan fiber-optik rabitə xətlərini təmin edəcək.

Den Şulman əlavə edib ki, şirkət ilin sonunadək daha bir neçə iri müqavilə elan etməyi planlaşdırır.

O bildirib ki, həmin razılaşmalar birlikdə yaxın bir neçə il ərzində Verizon-a bir neçə milyard dollar həcmində əlavə gəlir qazandıracaq.

Şirkət gələcək müqavilələrin tərəfləri və maliyyə detalları barədə əlavə məlumat açıqlamayıb.

Mövzuya görə xəbərlər