Bakı. TurkicWorld:
Dəmir yollarımızın xətt uzunluğunu 10 min 948 kilometrdən təxminən 14 min kilometrə çatdırdıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən keçirilən "Trabzondan Dünyaya Turizm Zirvəsi"ndə deyib.
“Biz Türkiyəni Avropada 6-cı, dünyada isə 8-ci sürətli qatar operatoru etdik. 2 min 251 kilometr yüksək sürətli qatar xətti inşa etdik.” – deyə Uraloğlu bildirib.
O, 2002-ci ildən bəri dəmir yollarına 57 milyard dollardan çox sərmayə qoyduqlarına diqqət çəkib.
"Son 22 ildə beynəlxalq limanların sayını 152-dən 190-a çatdırdıq. Şərqi Qara dəniz regionu Avropa və Mərkəzi Asiyaya açılan Qafqaz dəhlizində yerləşməsi ilə strateji əhəmiyyətə malikdir və region ölkələri üçün birləşmiş nəqliyyat zəncirinin transfer mərkəzidir və bu mövqeyini günü-gündən gücləndirir.” – deyə nazir qeyd edib.
Hafiz Rufizoğlu