Bakı, TurkicWorld
İnstagram rəsmiləri ilə görüşdə istədiyimiz nəticəni ala bilmədik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu Nazirlər Kabinetinin iclasından sonra sosial media platforması Instagram rəsmiləri ilə görüşlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
"Biz istədiyimiz nəticəni ala bilmədik.Hal-hazırda prosesi izləyirik və fəal müzakirələr aparırıq. Bu gün hər hansı irəliləyiş olacağını düşünmürük" – deyə o bildirib.
Hafiz Rufizoğlu