Son dəqiqə

Türkiyə Suriya Türkiyə Milli Müdafiə Nazirliyi Iraq

Son dörd ayda Türkiyə 845 terrorçu zərərsizləşdirib

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- aprel aylarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 376, Suriyanın şimalında isə 469 terrorçu olmaqla, ümumilikdə 845 terrorçu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, son bir həftədə isə 43 terroçu zərərsizləşdirilib.

Bundan əlavə, son bir həftədə doqquzu terror təşkilatı üzvü olmaqla ümumilikdə 364 şübhəli qeyri-qanuni yolla Türkiyə sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər