Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Misir Iraq

Terrorçulara qarşı İraq və Türkiyə arasında koordinasiyalı işlər davam etdiriləcək

Bakı. TurkicWorld:

PKK terror təşkilatının fəaliyyətlərinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə yaşayan İraq vətəndaşlarının təhlükəsizliyi üçün İraq və Türkiyə arasında koordinasiyalı işlər davam etdiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumatda o da qeyd edilib ki, Misirlə Türkiyə arasında əməkdaşlıq daha da genişlənəcək.

"Misir Baş Qərargah rəisinin Türkiyəyə səfəri həm hərbi əlaqələrin inkişafı, həm də müdafiə sənayesində əməkdaşlıq baxımından yeni bir dövrə işarə edir", - deyə məlumatda bildirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər