Son dəqiqə

Numan Kurtulmuş TBMM

TBMM sədri yeni konstitusiya ilə bağlı danışıqları davam etdirəcək

Bakı,TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sabah konstitusiya ilə bağlı danışıqları davam etdirəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sabah DEM Partiyası, İyi Partiya və Səadət Partiyasının parlament qruplarını ziyarət edəcək.

Yeni konstitusiya işləri çərçivəsində dünən CHP sədri Özgür Özəl ilə ilk görüşünü keçirən Kurtulmuş, TBMM-də qrupları olan siyasi partiyalara səfərlərini davam etdirir.

Kurtulmuş sabah ilk olaraq DEM Partiyası TBMM Qrupunu ziyarət edəcək, daha sonra Səadət Partiyası və İYİ Partiya Qrupu rəhbərləri ilə görüşəcək, yeni konstitusiya ilə bağlı fikirlərini dinləyəcək.

Mövzuya görə xəbərlər