Bakı,TurkicWorld
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş 8 noyabr Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
TurkicWorld xəbər verir ki, bu barədə Kurtulmuş X sosial media hesabında paylaşım edib.
"Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanın Qələbə Gününü ən səmimi hisslərimlə qeyd edir, Qarabağın azadlığı uğrunda 44 günlük mübarizənin qəhrəman veteranlarını, şəhidlərin xatirəsini ehtiram və rəhmətlə yad edirəm",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Zəfər Gününün dördüncü ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən iki il ötür. 2020-ci ilin noyabrında, 28 illik həsrətdən sonra, Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhəri işğaldan azad edilmiş və bu qələbə xalqımız üçün böyük tarixi və rəmzi məna kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətini və milli qürurunu təcəssüm etdirən bu tarix qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Karabağ’ın azadlığının dördüncü yıl dönümünde, Azerbaycan’ın Zafer Günü’nü en kalbi duygularımla kutluyor, Karabağ’ın özgürlüğü için 44 gün süren destansı mücadelenin kahraman gazilerini hürmetle, aziz şehidlerini saygıyla ve rahmetle anıyorum.
— Numan Kurtulmuş (@NumanKurtulmus) November 8, 2024
Karabağ zaferimiz kutlu,… pic.twitter.com/9ikSS5uJII