Bakı, TurkicWorld
Türkiyə çevrilişin məhsulu olan mövcud konstitusiyadan qurtulmalıdır.
TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Konstitusiyanın dəyişdirilməsi məsələləri ilə bağlı açıqlama verib.
Kurtulmuş açıqlamasında “hamımız bilirik ki, 1982-ci ildə qəbul olunan Konstitusiyanın siyasi və ictimai problemlərin qaynaqlanmasında böyük payı var. Türkiyə çevrilişin məhsulu olan mövcud konstitusiyadan qurtulmalıdır” -deyib.
Həmçinin o deyib ki, demokratiyanın ən böyük düşməni imtiyazlar və istisnalardır. Yeni konstitusiyanın yaradılması prosesində imtiyazlar və istisnaların aradan qaldırılmalı, demokratik təsisatlar millət anlayışı çərçivəsində yenidən nəzərdən keçirilməlidir.