Bakı, TurkicWorld
Fələstin mübarizəsi bizim üçün milli bir mübarizədir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
“Fələstin məsələsi təkcə fələstinlilərin və ya ərəb dünyasının işi deyil. Fələstin məsələsi bizim üçün mahiyyətcə milli bir işdir. Millətimiz bunun ümummilli iş olduğunu təkcə sözdə deyil, əməldə də nümayiş etdirdi və sübut etdi.” – deyə o qeyd edib.
Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Türkiyədən və müxtəlif ölkələrdən siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi proqramda çıxış edib.
“İsrailin Qəzzada həyata keçirdiyi bu soyqırım qırğınlarına qarşı ilk andan həm millət, həm də dövlət olaraq qarşı çıxırıq.” – deyə Kurtulmuş bildirib.
Hafiz Rufizoğlu