Bakı, TurkicWorld
Ən böyük vətəndaş müqavimətlərindən biri 15 iyul müqavimətidir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O, Çanaqqala Onsekiz Mart Universitetinin (ÇOMÜ) Dardanos Kampusunda 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə 15 iyul şəhid və qazilərinin şərəfinə təşkil edilən proqrama qatılıb.
"Müasir tarixin ən böyük vətəndaş müqavimətlərindən biri 15 iyul müqavimətidir. 15 iyulda daxildə öyrəndiyimiz dərslərə əsaslanaraq, bundan sonra daha güclü olacağıq. Biz birliyimizi, həmrəyliyimizi, ortaq məqsədlərə doğru birgə addımlamaq bacarığımızı heç vaxt itirməyəcəyik.” – deyə Kurtulmuş qeyd edib.
Kurtulmuş bildirib ki, bu torpaqlarda millətin varlıq mübarizəsinin ən əsas xüsusiyyətlərindən biri vətəni qorumaq üçün lazım olanda canından keçməkdir.
“Xain FETÖ terror təşkilatının Ankara və İstanbul başda olmaqla ölkənin bir çox yerində hücumları ilə üzləşdik Türkiyə Böyük Millət Məclisi bombalanan yerlərdən biridir.” – deyə o qeyd edib.
Xatırladaq ki, FETÖ terror təşkilatı 2016-ci il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd göstərib.
Hafiz Rufizoğlu