Son dəqiqə

Türkiyə Səudi Ərəbistan

NEOM layihəsini həyata keçirən şirkət Türk şirkətinə ortaqlıq təklif edib

Bakı, TurkicWorld:

Səudiyyə Ərəbistanının 500 milyard dollarlıq layihəsi NEOM-u həyata keçirən şirkət Türkiyənin Kalyon İnşaat şirkətinə ortaqlıq təklif edib.

TurkicWorld xəbər verir ki, bu barədə Kalyon İnşaat İdarə Heyətinin sədri Murathan Kalyoncu bildirib.

"Növbəti günlərdə xaricdə daha çox inşaat podratçı kimi görünəcəyik. Kalyon İnşaat və Kalyon Holding olaraq qlobal gücə çevrilirik",- deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyədən xaricdə İngiltərə, Rumıniya və Azərbaycanda layihələri olan Kalyon İnşaat şirkəti, 500 milyon avroluq təbii qaz boru kəməri layihəsini icra etdiyi Rumıniyada iki təbii dövrü elektrik stansiyasının tenderində iştirak etməkdə maraqlıdır.

Mövzuya görə xəbərlər