Parlamentlərin tarixi mühakimə etmək səlahiyyəti yoxdur - Türkiyə XİN

Parlamentlərin tarixi mühakimə etmək səlahiyyəti yoxdur - Türkiyə XİN

Bakı. TurkicWorld:

Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Çili Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı Qərarına dair bəyanatında bildirilib.

"Çili Nümayəndələr Palatasının 24 aprel 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması ilə bağlı qəbul etdiyi qərar etibarsızdır. Bu qərar həm də BMT-nin 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına ziddir və soyqırımı cinayətinə yalnız səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər", - deyə bəyanatda vurğulanıb.