Azərbaycan Türkiyə Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər Hakan Fidanla Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş keçiriblər.

TurkicWorld xəbər verir ki, bu barədə XİN rəsmi X hesabından paylaşım edib.

Nazirlər Azərbaycan–Türkiyə arasında dərin köklərə əsaslanan strateji müttəfiqliyi, regional təhlükəsizliklə bağlı son inkişafları, iqtisadi və ticarət əməkdaşlığını, enerji və nəqliyyat əlaqələndirilməsi layihələrini, eləcə də çoxtərəfli platformalarda birgə fəaliyyəti müzakirə ediblər.

Görüş zamanı tərəflər bütün sahələrdə Azərbaycan–Türkiyə tərəfdaşlığının daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Mövzuya görə xəbərlər