Son dəqiqə

Türkiyə Ankara Türkiyə xarici işlər nazirliyi FETÖ FETÖ xarici maliyyə dəstəyi

Ankara mərkəzli 6 şəhərdə FETÖ əməliyyatı: 10 nəfər barəsində həbs qərarı

BAKI, TurkicWorld, Fərid Mikayılov

FETÖ-nün TÜrkiyə Xarici İşlər Nazirliyindəki gizli strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 6 şəhərdə 10 şübhəli barədə həbs qərarı verilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu açıqlama verib.

Dördü aktiv vəzifədə olan, altısı isə daha əvvəl vəzifədən çıxarılmış ümumilikdə 10 nəfərin Ankara mərkəzli 6 şəhərdə eyni vaxtda saxlanılmasına qərar verilib.

Açıqlamada qeyd olunub ki, şübhəlilərin saxlanılması və Ankara Baş Prokurorluğuna gətirilməsi üçün Ankara Şəhər Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının əməliyyatları davam edir.

Mövzuya görə xəbərlər