Son dəqiqə

Türkiyə Ankara Türkiyə xarici işlər nazirliyi Şimali Kipr Türk Respublikası Hakan Fidan KKTC

Kipr türklərinin yanında olmağa davam edəcəyik - Hakan Fidan

BAKI,TurkicWorld, Fərid Mikayılov

Ankara Kipr türklərinə dəstəyini davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) 42-ci ildönümü münasibətilə paylaşdığı açıqlamada deyib.

Fidan, Kipr türk xalqının böyük fədakarlıqlar və çətin mübarizələr nəticəsində qurduğu KKTC-nin ildönümünü təbrik edib və Kipr məsələsinin ada reallıqları əsasında ədalətli, davamlı və uzunmüddətli həllinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Kiprdə həll yolu adada iki dövlətin yanaşı şəkildə mövcudluğundan keçir. Bu prosesin irəliləməsi üçün Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status kimi əsas hüquqlarının tanınması zəruridir.

“Hər zaman KKTC ilə əlaqələrimizi davam etdirəcəyik və Kipr türklərinin yanında olmağa davam edəcəyik”- deyə o bildirib.

Mövzuya görə xəbərlər