Hakan Fidan İran XİN rəhbəri ilə regionda baş verən son hadisələri müzakirə edib

Hakan Fidan İran XİN rəhbəri ilə regionda baş verən son hadisələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidanla İran XİN rəhbəri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı regionda baş verən son hadisələr müzakirə olunub.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

X: Lamanasadli01