Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş aparırıq – Hakan Fidan

Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş aparırıq – Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş aparırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Bölgədəki ölkələr olaraq üçüncü tərəflərin münaqişələrini bu coğrafiyaya gətirməsini istəmirik."- deyə Fidan qeyd edib.

O bildirib ki, bütün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsində böyük fayda görürük.

“Türkiyə ilə Qətər arasında xüsusilə Fələstin məsələsində mövcud böhranla bağlı böyük koordinasiya gedir. Türkiyə və Qətər HƏMAS ilə sağlam əlaqələri olan ölkələrdir. Biz bütün gücümüzlə atəşkəs üçün çalışırıq. Qətər atəşkəs prosesində mühüm rol oynayır.” – deyə Hakan Fidan qeyd edib.

Hafiz Rufizoğlu