Son dəqiqə

Türkiyə Qəzza

TRT Arabi komandasına edilən hücum düşünülmüş hücumdur - Fahrettin Altun

Bakı. TurkicWorld:

TRT Arabi komandasına edilən bu hücum məqsədli bir hücumdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

O, qeyd edib ki, bu hücum indiyə qədər 140 jurnalistin öldürülməsi kimi qəsdən olub.

Fahrettin Altun İsrailin Qəzzada dinc insanlara, günahsızlara, tibb işçilərinə, jurnalistlərə qarşı qətliamlar törətdiyini bildirib və hücuma məruz qalan TRT komandasının tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Qəzzada Nuseyrat düşərgəsində yayıma hazırlaşan TRT Arabi komandasının maşını İsrail ordusunun hücumuna məruz qalıb. Operator Sami Şahada ağır yaralanıb və əməliyyat olunub. Tank atəşindən istifadə edilən hücumda bəzi jurnalistlər yaralanıb.

Mövzuya görə xəbərlər