Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman

Ərdoğan Səudi vəliəhdi ilə regional məsələləri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman ilə regional məsələləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, görüşdə Ərdoğan, İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması üçün İslam dünyasının daha çox səy göstərərək birlik nümayiş etdirməsinin vacib olduğunu bildirib.

Görüş Ərdoğanın qarşıdan gələn Ramazan bayramı münasibətilə telefonla təbrik etdiyi zaman baş tutub. Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə təbriklərini çatdırıb və Allahdan hər kəsin dualarını qəbul etməsini istəyib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər