Ərdoğan Məhəmməd bin Salmanı Qəzza üçün birlikdə hərəkət etməyə çağırıb

Ərdoğan Məhəmməd bin Salmanı Qəzza üçün birlikdə hərəkət etməyə çağırıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Türkiyə prezidenti Məhəmməd bin Salmanı Qəzza üçün birlikdə hərəkət etməyə çağırıb, İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması və BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarının həyata keçirilməsi üçün İslam dünyasının daha çox səy göstərərək məhsuldar şəkildə birlik nümayiş etdirməsi lazım olduğunu bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01