Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

Türkiyənin İqtisadiyyat Koordinasiya Şurasının iclası keçiriləcək

Bakı. TurkicWorld:

Bu gün Türkiyənin İqtisadiyyat Koordinasiya Şurasının iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclasa Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sədrlik edəcək.

İqtisadiyyat Koordinasiya Şurasının iclasında əmək və sosial müdafiə naziri Vedat Işıkhan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Prezident Administrasiyası Strategiya və Büdcə sədri İbrahim Şenel, Mərkəzi Bankın sədri Fatih Karahan və əlaqədar qurum və təşkilatların nümayəndələri iştirak edəcək.

Görüşdən sonra yazılı açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, əvvəlki iclasın gündəliyində Ortamüddətli Proqram və islahatlar daxil idi.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər