Bakı, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın prezident Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş keçirməyə hazır olduğunu vurğulayıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Ərdoğan daha əvvəl Əsədlə görüşməyə hazır olduğunu bildirmişdi.
“Prezidentimiz qərar verdi ki, bu indi baş verməlidir.Ankara ilə Dəməşq arasında bir müddətdir ki, birbaşa və dolayı müzakirələrin davam edir. Türkiyə istədiyi həll yolu alarsa, Suriya digər problemləri çox asanlıqla həll edə bilər”-deyə Fidan bildirib.
Türkiyə üç milyon suriyalı qaçqınına evsahibliyi edir. Ankara Suriyada siyasi həllin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanmasını istəyir. O, həmçinin haqlı olaraq terror təhdidlərinin aradan qaldırılmasını, qaçqınların təhlükəsiz geri qayıtmasını və humanitar yardımın çatdırılmasını tələb edir.
Bu arada Amerika nümayəndə heyəti üçüncü gündür ki, Türkiyədə danışıqlara davam edib. Müzakirələrdə Suriyadakı hadisələr müzakirə edilib.
Nümayəndə heyəti Ankarada müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Çərşənbə axşamı nümayəndə heyəti xarici işlər nazirinin müavini Nuh Yılmazla görüşüb.
Türkiyə mənbələri ArabAZ-a bildiriblər ki, danışıqlarda Türkiyə-Suriya münasibətləri, Suriyada siyasi həll yolu və Vaşinqtonun kürd Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstəyi və bunun Türkiyənin təhlükəsizliyinə təsiri müzakirə olunub.