Bakı,TurkicWorld
Türkiyə regionda sabitlik və sülhə töhfə verən bir gücdür.
TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin müşaviri vəzifəsini icra edən Con Bass deyib.
ABŞ-ın Ankaradakı səfiri vəzifəsində çalışmış Bass sentyabrın 17-də Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmazla Suriya da daxil olmaqla bir sıra mövzularda danışıqlar aparıb.
O, həmçinin Türkiyənin Qərb bloku və NATO-dan uzaqlaşması ilə bağlı iddiaları təkzib edib.
Bass türk cəmiyyətində və iqtisadiyyatında davam edən dinamizm və enerjidən heyran olduğunu və ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.