Bakı. TurkicWorld:
Hakimiyyət dəyişikliyi, növbədənkənar seçkilər kimi şayiələr tamamilə əsassızdır.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Türkiyə Nazirlər Kabineti öz işini davam etdirir və hər sahədə irəliləyiş və islahat səylərini qətiyyətlə davam etdirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan dövlətin başçısıdır və bütün dəstəyimiz onunladır", - deyə o vurğulayıb.
Bahçeli onu da vurğulayıb ki, 31 mart seçkiləri faktiki olaraq Türkiyə demokratiyasının yüksək səviyyəyə çatdığını və bu baxımdan dünyaya nümunə olduğunu sübut edib.
Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.