Bayraktar TB3 ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb

Bayraktar TB3 ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb

Bakı. TurkicWorld:

Baykar tərəfindən milli və yerli olaraq hazırlanmış Bayraktar TB3 PUA, dünyada öz sinfinin ən yaxşısı olan yerli elektro-optik sistem ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkəti bildirib.

Bayraktar TB3 ASELFLIR-500 elektro-optik sistemi ilə altı saat uçuş həyata keçirib.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı ASELFLİR-500 də izləyib.

Hafiz Rufizoğlu