Son dəqiqə

Türkiyə İstanbul yanğın

İstanbul Texniki Universitetində yanğın baş verib

Bakı. TurkicWorld:

İstanbul Texniki Universitetinin Maslak Ayazağa kampusunda işçilərin qaldığı konteynerdə səhər saatlarında yanğın baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlayıb.

Məlumata əsasən, hadisə yerinə çoxlu sayda yanğın söndürən qruplar cəlb edilib.

Yanğın söndürülüb, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər