Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək

Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək

Bakı. TurkicWorld:

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclasda prioritet mövzu Türkiyə iqtisadiyyatıdır.

Məlumata əsasən, martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də müzakirə ediləcək.

Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dan satınalma prosesi də müzakirə ediləcək mövzular arasındadır.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

X: Lamanasadli01