Ərdoğanın Fələstin mövqeyi bütün dünyaya nümunədir - Maduro

Ərdoğanın Fələstin mövqeyi bütün dünyaya nümunədir - Maduro

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin məsələsində mövqeyi bütün dünyaya nümunədir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildirib.

"Onun Fələstin xalqı üçün ədaləti müdafiə etməsi təqdirəlayiqdir. Fələstin xalqına qarşı törədilən bu qətliam dayandırılmalıdır. Bütün müsəlman ölkələri, Karib hövzəsi və Latın Amerikası ölkələri Fələstin xalqını müdafiə etmək üçün birləşməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01